Qəribə hadisə Argentina-İsveç yoldaşlıq görüşündə baş verib.
Argentina və İsveç yığmaları arasında (3:2) baş tutan oyunda qəflətən "Barselona”nın forvardı Messinin azarkeşi olan bir nəfər meydançaya daxil olub.
ANS PRESS-in "Euro-futbol”a istinadən verdiyi məlumata görə, üzərində Messi yazılmış köynəkdə olan azarkeş Messiyə yanaşaraq onu qucaqlayıb və alnından öpüb. Bu dəqiqələr ərzində məşhur futbolçu sakitcə dayanıb və öz fanatını seyr edib.
Tezliklə azarkeş təhlükəsizlik xidməti tərəfindən meydançadan çıxarılıb.