Range Rover Evoque 9 pilləli avtomat ötürücü qutu əldə edib.Land Rover şirkətinin qarşıdan gələn Cenevrə avtosalonunda təqdim edəcəyi yeni model 9 pilləli avtomat ötürücü qutu ilə təchiz ediləcək yenilənmiş Range Rover Evoque yığcam krossoveri olacaq.
ZF şirkətinin işləyib-hazırladığı transmissiya ilk dəfədir ki, seriya avtomobilində quraşdırılıb və bununla da yanacaq sərfiyatını və havaya xaric edilən zəhərli CO2 qazların miqdarını əhəmiyətli dərəcədə azaltmaq mümkün olub. Yeni "avtomat”la krossoverin satışlarının yaxın vaxtda başlanması nəzərdə tutulub.