Audi şirkəti "qaynar” RS Q3 krossoveri haqqında rəsmi məlumat və şəkillərini yayıb. Avtomobil Cenevrədə debüt edəcək və RS Q modifikasiyasının ilk modeli olacaq. Onun əldə etdiyi aqressiv aerodinamik yükə yeni bamperlər, fərqli yan ətəklər və radiator barmaqlığı daxil edilib.
Şəkillərdə həmçinin donuq alüminium tərtibat, damında spoyler, arxa diffuzor və xaricetmə sisteminin elliptik borularını görmək mümkündür. Avtomobil həmçinin 25 mm endirilmiş asma və 19, və ya 20 mm-lik təkər diskləri də diqqəti cəlb edir. Salonda isə dəri ilə üzlənmiş idman kürsülərini, idman sükan çarxı və alüminium pedallar görmək mümkündür.
Audi RS Q3 modeli 310 a.g. və maksimum 420 Nm fırlanma anı hasil edən 2,5 litrlik beşsilindrli turbomühərriklə hərəkət etdirilir. Həmin mühərrik yeddi pilləli S tronic transmissiyası və quttro tam ötürmə sistemi ilə birləşdirilib. 1730 kq çəkisi olan avtombil ilk "yüzlüyə” 5,5 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saat təşkil edir. Yanacaq sərfiyatı hər 100 km yolda 8,8 litrdir.
Məlumata görə yeni modelin satışları payızda başlayacaq. Qiyməti isə 54 600 avro olacaq.