Rolls-Royce dünyanın ən sürətli kupesini təqdim etdi (Fotolar)
12.03.2013, 15:29
"Rolls-Royce” şirkəti Cenevrədəki avtosalonda markanın tarixində ən güclü avtomobil olan 4 yerli "Wraith” kupesini təqdim edib.
Xəbərə görə, "Rolls-Royce Wraith” "Ghost” sedanının platformasında hazırlanıb.
İstehsalçının təmsilçiləri əmin edirlər ki, bu kupenin sərnişinləri özlərini modelin "Sedan” variantının sərnişinlərindən az rahat hiss etməyəcəklər.
Avtomobilə 8 pilləli avtomatik ZF transmissiyası ilə təchiz olunmuş V12 mühərriki yerləşdirilib. 624 at gücü olan mühərriklə təchiz olunmuş bu avtomobil saatda 100 km sürətini 4,4 saniyəyə yığır.
Avropada "Rolls-Royce Wraith” avtomobilinin qiyməti 245 min avrodan başlayır.