On istedadlı və bənzərsiz iştirakçı hər kəsi heyrətləndirmək, tamaşaçılardan və münsiflər heyətindən kifayyət gədər səs toplayıb qalib olmaq üçün əllərindən gələni etdilər. Lakin, Melodi Grand Prix 2013-ün yalnız bir qalibi ola bilər, və bu inanılmaz 102,032 xal toplayaraq, Margaret Berger "I Feed You My Love" mahnısı ilə oldu. Püşkatmanın nəticələrinə görə Norveç mayın 16-sı baş tutacaq ikinci yarımfinalda çıxış edəcək.