"Bayern Münhen"in hollandiyalı ulduzu Aryen Robben Türkiyəyə gəlib gəlməyəcəyi haqqındakı suallara cavab verib. Adı "Qalatasaray"la hallanan futbolçu transferi haqqındakı iddialara aydınlıq gətirib:
"Türkiyəyə getmirəm. Nə klubumla, nə də mənimlə bu mövzuda danışan olmayıb. Münhendə qalmaq istəyirəm. Buranı çox sevirik".
Ulduz futbolçu "Uembli"dəki Çempionlar Liqasının finalı haqqında da danışıb:
"Bu il bu kuboku qazanmaq məcburiyyətindəyik. Son 4 ildə bu 3-cü finalımızdır. Bu hər kəsə qismət olan bir şey deyil. Artıq bu kuboku qazanmalıyıq".