İngiltərənin "Daily Star” qəzeti "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyderin "Arsenal"a transfer olunacağı xəbərini yayıb. mid.ucoz.net anspress.com-a istinadən bildirir ki, "Nyukasl”a Yohan Kabay üçün 15 milyon funt sterlinq təklif edən London klubu transferin gərçəkləşdirməyəcəyi təqdirdə üzünü İstanbul klubuna çevirəcək.
Son vaxtlar "topçular” ın baş məşqçisi trasnfer dönəmində passivlikdə günahlandırılır.
Məsut Özil və Yulian Draksler kimi oyunçuları transfer etməyə çalışan klub rəhbərliyi "Qalatasaray”ın ullduz futbolçusunu almaq üçün yaxın vaxtlarda "Cim-bom” üçün elçilik qapısını döyəcək. "Aslanlar” isə yüksək məbləğ təklif olmayacağı təqdirdə oyunçunu satmağı düşünmür.