Главная | Регистрация | Вход
Приветствую Вас Qonaq | RSS

Bölmələr
Film Bölmələri
Diziler
videolar
Yerli diziler
TV Programlar
Русские сериалы
Musiqi
Oyna
ən son əlavelər
  • Главная » Файлы » Idman

    Tanınması vacib olan idmançılar - Siyahı
    19.07.2013, 10:20
    Sadəcə idman nailiyyətləri ilə deyil, həmçinin daha fərqli göstəricləri - musiqi albomu çıxarması, qalmaqallara mövzu olmaları, xeyriyyəçilik ilə məşğul olmaları və s. ilə məşhur olan bu 10 idmançını hamının, hətta idmanı sevməyənlərin belə tanıması vacibdir.

    1. Pol Qaskoin - 44 yaş, futbolçu, ləqəbi "Qəzza"

    1990-cu il Dünya Çempionatında

    Futbol meydançasında olduğu kimi, ondan kənarda da davakarlığı ilə azarkeşlərinin yadında uzun müddət qalacaq İngilis futbolçu Pol Qaskoin idmançı intizamına və pəhrizinə diqqət yetirmirdi. Bütün futbol karyerası müddətində müntəzəm olaraq spirtli içkilərin aludəçisi olmuşdur. İngiltərə yığmasının oyunlarının birindən sonra Pol heç formasını dəyişmədən ən yaxın bara gedərək dostları ilə idman ayaqqabısı və yığma komandanın formasında içki qəbul etmişdir.

    Futbolçu karyerasını başa vurduqdan sonra alkoqolizmdən müalicə olunan Qaskoin həkiminin hər hansı bir hobbi tapması məsləhətinə, viski kolleksiyası toplanayaraq cavab vermişdir.

    Bütün qalmaqallarına və qeyri-stabilliyinə baxmayaraq, Qaskoyn tanınmış futbolçulardan olmuş və İngilis Futbolunun Məşhurlar Zalında öz yerinə malikdir.

    Şəxsi nailiyyətləri:

    - İngiltərənin ən yaxşı gənc oyunçusu - 1988

    - İngiltərədə ilin idmançısı - 1990 (BBC-nin rəyinə görə)

    - Şotlandıyanın ən yaxşı oyunçusu - 1996 (futbolçuların və jurnalistlərin rəyinə görə)

    - Dünya Çempionatının simvolik yığmasının üzvü - 1990


    İdmandan kənar nailiyyətləri:

    Foto-model qızı Byanka Qaskoynin sarı pressanın səhifələrindəki fotolarından başqa Polun idmandan kənar heç bir nailiyyəti olmayıb.

    Komanda daxili nailiyytələri

    - İngiltərə kubokunun sahibi - 1991

    - Şotlaniya Çempionu - 1996, 1997

    - Şotlandiya kubokunun sahibi - 1996

    - Şotlndiya Liqasının kubokunun sahibi - 1997


    2. Sergey Bubka - 48 yaş, çubuqla tullanma üzrə atlet


    34-cü dəfə öz rekordunu yeniləyir

    Hər yarım ildə bir rekordların qeydə alındığı dünya idman reallığında ukraynalı idmançı Serqey Bubka özü ilə fəxr edə bilər. Bubka tərəfindən 1993-cü ildə - 6.15 m hündürlüyündə çubuqla tullanma idman növündə qırılan rekord hələ də yenilənmiyib.

    Bubka 30 dəfə dünya rekorduna imza atmış, elə özü də həmin rekordları yeniləmişdir. 1985-ci ildə Parisdə qırdığı rekord isə tarixi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə Bubka 6 m hündürlüyünə tullanmağa müvəffəq olmuşdu.


    Bubka əsl idmançı idi. 38 yaşında olarkən 2000-ci il Olimpiadasından sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Xuan Antonio Samaranç onu müasir dövrün ən məşhur idmançısı adlandırmışdır.


    Şəxsi nailiyyətləri:

    - Olimpiya oyunları Çempionu - 1988

    - SSRİ-nin əməkdar idman xadimi - 1983

    - Dünya Çempionu - 1983, 1987, 1991, 1993, 1995, 1997

    - Avropa Çempionu - 1986

    - SSRİ Çempionu - 1984, 1985

    - Dünya və Avropa kuboklarının sahibi - 1985


    Idmandan kənar nailiyyətləri:


    - İdman karyerasına son verdikdən sonra Bubka siyasətə keçdi. "Regionlar partiyası" və "Vahid Ukrayna üçün" partiyalarının millət vəkili oldu. Hal-hazırda isə Ukrayna Prezidentinin ştatdan kənar məsləhətçisidir.

    3. Ayrton Senna - 34 yaş, Formula - 1 pilotu


    Senna Formula- 1 üzrə Dünya Çempionudur.

    Məşhur Formula-1 pilotu Ayrton Senna 10 illik karyerası ərzində 40-dan artıq yarışın qalibi olmuş və pol-pozisiyasında qırdığı rekord səbəbindən azarkeşlər və jurnalistlər tərəfindən "Sehrbaz" ləqəbini qazanmışdır. Ayrtonun başqa bir ləqəbi də var - "Yağış insanı". Bu ləqəbi almasının əsas səbəbi isə yağışlı havalarda yürüşün adi zamanda olduğundan daha da çətinləşməsinə baxmayaraq, Senna həmin yarışlarda rəqiblərindən daha üstün nəticələr göstərək qalib olurdu.

    Əgər 1994-cü ildə San Marino qran-prisi zamanı Sennanın trassda dəhşətli ölümü olmasa idi, "Kral yarışı", "Qırmızı Baron" Mixail Şumaxerin adı ilə deyil, Ayrton Sennanın adı ilə bağlı olardı.

    Şəxsi nailiyyətləri:

    - Fromula-1 üzrə üçqat Dünya Çempionu - 1988, 1990, 1991

    Idmandan kənar nailiyyətləri:

    - Ayrton Senna Braziliya və digər ölkələrdə köməyə ehtiyacı olan gənclərə yardım məqsədilə xeyriyyə fondunun yaradıcısıdır. Ölümündən sonra o, 400 milyon dollar dəyərində ölçülən mirasını da həmin fonda vəsiyyət etmişdir.

    - Sennanın ölkəsində aparılan sosial sorğu nəticəsində həmvətənlilərinin məhz onu ən böyük idmançı adlandırdığı məlum olmuşdur.

    4. Şakil O"nil - 39 yaş, basketbolçu

    "Lakers"in heyətində Şakil.

    Şakil fiziki forması və gücü ilə möhtəşəm təəssürat oyadan, əsl nəhəng insan, MBA tarixində ən yaxşı mərkəzi mövqe oyunçusudur. Peşəkar karyerası ərzində Şak 3 dəfə basketbol dirəyini sındıraraq, təhlükəsizliyi gücləndirmək məqsədi ilə Basketbol Federasiyasını dirəkləri daha keyfiyyətli etmək barədə fikirləşməyə məcbur etmişdir.

    "Los Angeles Lakers" komandasında oynadığı 1988-2006-ci il müddəti ərzində Şakil Kobi Brayant ilə basketbol tarixində hücumda ən möhtəşəm və effektiv olan taktikanı yerinə yetirərək üç dəfə Çempion titulunu komandalarına qazandırmışlar.

    Cəmiyyətin gözündə Şak nəhəng bədəndə həyat sevinci yüksək olan uşaq kimi idi. Azarkeşləri onu çox sevirdilər, komanda yoldaşları isə dünyadakı ən yaxşı oğlan adlandırırdılar. Təbiətin ona verdiyi vücud Şakı basketbolun super ulduzundan mediya insanı və dünyanın ən tanınmış idmançısına çevirmişdi.


    Şəxsi nailiyyətləri:

    - MBA-nın ən bahalı oyunçusu - 2000

    - Ulduzlar oyununun ən bahanlı oyunçusu - 2000, 2004, 2009

    - MBA tarixinin ən yaxşı 50 oyunçusu siyahısındadır.


    İdmandan kənar nailiyyətləri:

    - Şakil 6 ədəd musiqi albomu çıxarmış, onun debyut "Shaq Diesel" (1993) albomu platin olmuşdur.

    Komandada nailiyyətləri:

    - Olimpiya çempionu - 1996

    - Dünya Çempionu - 1994

    - Dördqat MBA Çempionu - 2000, 2001, 2002, 2006


    5. Rocer Federer - 30 yaş, tennisçi

    Böyü Dəbilqə turnirində Federer.

    Tennis karyerasını başa vurmamış, Federer böyük tennisdə bir idmançının sahib ola biləcəyi bütün nailiyyətləri qazanmışdı. Rəqiblərindən fərqli olara o, oyunlar zamanı, səhər yeməyi ilə kokteyl arasında olan vaxtda oyun oynamağa çıxmış mutli-milionerə bənzəyir. Amma belə imkanları olan biri başqaları kimi Polo köynək geyir. Digər tennis ulduzu Fred Perri onunla fəxr edə bilər.


    Şəxsi nailiyyətləri:

    - bir nəfərlik növdə 16 at Böyük Dəbilqə turnirinin qalibi

    - iki nəfərlik növdə Olimpia çempionu - 2008

    - bir nəfərlik növdə Dünya ATR turunun beşqat alibi


    İdmandan kənar nailiyyətləri:

    - Forbes jurnalı Rocer Federeri Dünyanın ən zövqlü idmançıları sırasına daxil edib.

    6. Maykl Felps - 26 yaş, üzgüçü

    Pekin Olimpiadasında Mayklın qazandığı 5-ci qızıl medal

    Vətəni ABŞ-da Felpsə "Baltimor gülləsi" deyirlər. 26 yaşında o, 37 dəfə dünya rekordu qırmış, Pekin Olmipiadasında isə yarışdığı bütün məsəfələr üzrə üzmədə qalib olmuş və 8 qızıl medal qazanaraq Olimpiada tarixində ən çox titullu idmançı adına layiq görülmüşdür. Əksər mütəxəssislər bu qalibiyyətləri onun bacarıqları və bədəninin unikal quruluşu ilə bağlayırlar - yüksək hərəkətli dizləri olan qısa ayaqlar və iki metr məsafədə açılan qollarla 193 sm. Onun vücud quruluşu Da Vinçinin ideal insan bədəni müddəası ilə tamamilə üst-üstə düşür. Təəccüblüsü də odur ki, Mayk heç vaxt idman dietası gözləmir, fast fud və popkorn olmaqla istədiyi hər şeyi yeyir.

    2009-cu ildə Felps "Narkotik maddələrin istifadəsi Olimpiada yarış növü olsaydı, Felps öz aktivinə bu sahədə də bir neçə medal əlavə edərdi" başlığı altında idmançının marixuanna istifadə etdiyini əks etdirən fotoşəklni dərc edən News of the World-lə böyük qalmaqalın iştirakçısı oldu.

    Şəxsi nailiyyətləri:

    - İdman tarixində ilk dəfə olaraq 14 qat Olimpia və 23 qat Dünya Çempionu

    - 6 Dünya rekordunun sahibi


    İdmandan kınar nailiyyətləri:

    - GQ onu "XXI əsri əsr edən 50 insan və hadisə" adlı siyahıya daxil edib

    - Narkotik maddələrlə olan qalmaqalından sonra Felps müntəzəm olaraq öz gəlirindən xəstə uşalara kömək məqsədi ilə xeyriyyə aksiyalarına yatırır.

    7. Roy Cons (oğul) - 42 yaş, boksçu

    - Roy "Matrisa" filmində Ballard rolunu ifa edib


    Roy Cons (oğul) - əzələlərdən, sürət və gücdən ibarət olan əsl idmançıdır. Onun ilkin döyüşləri əsl estetik ifa idi. Öz rəqiblərini ironiya ilə yerə sərir, onlara ildırımsürətli zərbələr endirirdi. Royun zərbələri öz çəki dərəcəsində boks tarixində ən cəld zərbələr hesab edilir.

    Buna görə də təəccüblü deyil ki, Amerikanın İdman Jurnalistləri Assosiyasiyası 90-cı illərdə Consu "Onilliyin boksçusu" adlandırmışdı. Nüfuzlu "Ring" jurnalı isə onu çəkilərindən asılı olmayaraq, 1996-2003-cü illər ərzində ən reytinli boksçular siyahısında 1-ci yerə layiq görmüşdü.

    Karyerasının ilkin dövrlərində Cons müxtəlif yarımağır və ağır çəki dərəcələrində bir çox titullara layiq görülsə də, həmişə yüngül çəki dərəcəsinə geri dönmüşdür. Lakin son dövrlərdə kilo itirə bilmədiyinə görə zərbələrinin sürəti zəifləmiş və 42 yaşında karyerasına son verməyi düşündüyü bir vaxtda Moskvada Denis Lebedevə məğlub olmuşdur.

    Şəxsi nailiyyətləri:

    - Olimpiya oyunlarında gümüş medal sahibi - 1998

    - Orta, ikinci orta, yarımağır və ağır çəki dərəcələrində Dünya Çempionu


    İdmandan kənar nailiyyətləri:

    - Roy Cons iki musiqi albomunun müəllifidir. Onlardan birini Body Head Bangerz qrupunun tərkibində olarkən 2004-cü ildə, "Round One: The Album" albomunu isə təkbaşına ərsəyə gətirmişdir.

    - Roy Consun Film karyerası da zəngindir. O "Matrisa"-nın iki seriyasında da kapitan Ballard rolunu ifa etmişdir.

    8. Eldrik Tont Vuds - 36 yaş, qolfçu, ləqəbi "Pələng"

    - Pələng Ford turnirinin qalibidir.


    Pələng ilk qolf rekorduna 8 ay 16 günlük olarkn imza atmışdır. Bununla da o, Qinnesin Rekordlar kitabına düşmüştür. Baxmayaraq ki, turnirə ancaq 9-10 yaşlarından yuxarı olan idmançılar vəsiqə alırdılar, 8 yaşında olarkən "Pələng balası" artıq uşaqlararası Dünya Çempionatının qalibi idi.


    25 yaşında olarkən Vuds artıq Dünya qolfçuları reytinqindıə birinci idi. Həmçinin, Forbes jurnalının məlumatına görə ən bahalı idmançı hesab olunurdu - bir turnirdə iştirak üçün o, əlavə uduşlardan başqa təxminən 2 milyon dollar əldə edir.


    Qolfçunun həyat yoldaşına etdiyi xəyanətlərlə bağlı olan qalmaqalından sonra Vudsun karyerası zəifləməyə başladı. O artıq planetin ən yaxşı qolfçuları siyahısında ilkin sırada deyil, onun sponsorları da bir neçə milyon dollarlıq müqavilələrinə son verirdilər. Indi Vuds ən bahalı idmançılar siyahısındakı ilk yerini itirməkdən də qorxur.


    Şəxsi nailiyyətləri:


    - "Mayjor" turnirinin 14 qat qalibi

    - Laureus World Sports Awards -a görə İlin İdmançısı - 2000, 2001


    İdmandan kənar nailiyyətləri:


    - Qolfla məşğul olma istəyən qaradərili kasıb ailələrin uşaqlarına kömək məqsədi ilə fond yaradıb

    - eBay-in auksiyonunda Pələng Vudsla 1 dəfə qolf partiyası 425 min dollara satılıb.


    9. Ueyn Qretcki - 50 yaş, xokkey oyunçusu, ləqəbi "Nəhəng"

    Ueyn Stenli kuboku ilə

    Tarixdə ən yaxşı xokkey oyunçusu - nailiyyətlərinin sayını görmək üçün internetdə bir neçə səhifə oxumaq lazımdır, amma onu demək kifayət edir ki, 99 nömrəsi ömürlük oyunçunun adı ilə bağlıdır və heç bir başqa oyunçun bu nömrəni istifadə etməyə haqqı yoxdur.

    Ueyn Qretckiy nəinki qollarının , həm də qol ötürmələrinn sayına görə rekordsmendir. Onun ötürmələri nəticəsində vurulan qolların sayı, onun özünün vurduğu qolların sayından iki dəfə çoxdur. Xokkey ulduzu həmişə öz uğurunu başqaları ilə bölürdü.

    Bundan başqa MXL-nın şərtlərinə əsasən xokkey oyunçusu karyerasını bitirdikdən 3 il sonra Şöhrət zalına salına bilər. Amma Qretcki bu şərəfə vida oyunundan 7 ay sonra nail oldu.


    Ueyn Qretckiy oyunu dəyişdi və xokkey oyunçusunun yeni simasını yaratdı - aqressiv olmayan, stabil, buzun üzərində saqallı 100 kg-lı nəhəngi tərksilah edən gülüşlü insan.

    Şəxsi nailiyyətləri:

    - "Art Ross Trofi" prizinin 10 qat sahibi (ən yaxşı bombardir) - 1981-1987, 1990, 1991, 1994

    İdmandan kənar nailiyyətləri:


    - Öz adı altında kişi alt paltarları istehsal edir.

    Komandada nailiyyətləri:

    - Üçqat Kanada kubokunun sahibi - 1984, 1987, 1991

    - Dördqat Stenli kubokunun sahibi - 1984, 1985, 1987, 1988

    10. Hüseyn Bolt - 24 yaş, sprinter, ləqəbi "İldırım"

    Hüseynin növbəti rekordu.

    Yamaykalı idmançıların gücü adətən onların qaçış intizamı, unikal hazırlıq sistemləri və məşqlərində yox, bəzən də genetikalarında olur. Qlazqo Universitetinin alimləri müəyyən etmişlər ki, onların əzələlərində Actinen A komponenti olur ki, bu da əzələlərin cəld qısalmasına kömək edir.

    Belə genetikanın ən bariz nümunəsi 100 və 200 metrlik qaçışlar üzrə cari rekordların sahibi Hüseyn Boltdur - dünyanın ən cəld insanı.

    2009-u ildə Berlində olan Dünya Çempionatından sonra hazırda Bolt mediyada böyük şöhrətə malikdir- reklamlara çəkilir, çoxmilyonlu müqavilələr imzalayır və üzündə gülüşlə sprinter karyerasını başa vurduqdan sonra "Mançester Unayted" komandasında oynamaq istədiyini deyir.

    Şəxsi nailiyyətləri:

    - Üçqat Olimpiya Çempionu

    - Üçqat Dünya Çempionu

    - 100 və 200 metrlik qaçış üzrə cari rekordların sahibi

    İdmandan kənar nailiyyətləri:

    - Yamaykanın Baş Naziri Bryuk Qoldinq Hüseyn Bolta diplomatik səfir və diplomatik pasport verəcəyini vəd edib. Axı idmançı öz ölkəsinin vizit kartıdır.
    Категория: Idman | Добавил: elnurprodaksin | Теги: idmançılar, rekordlar, sürət və güc, Tanınması vacib olan idmançılar - S, ən yaxşı xokkey oyunçusu
    Просмотров: 750 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]

    Unutma
    Online
    Maraqlı
    Sayğac
    статистика Счетчик тИЦ и PR Рейтинг@Mail.ru
    Online sayta

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Dili Deyishtir
    Paylaş
    Ən cox baxilanlar
  • Tövsiye Edirik
    [09.02.2013][Online Photoshop]
    Online Photoshop (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Eyni vaxtda 7 naməlum obyekt (Video) (2)
  • by ilyafridinskii
    [17.03.2013][Online Chat]
    Online Chat (1)
  • by ilyafridinskii
    [09.02.2013][Idman]
    Belə qol görmüsünüz? (Video) (1)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 9. BölümŞefkat Tepe - 9. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Билет на Vegas (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 8. Bölüm (1)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Доспехи Бога 3: Миссия Зодиак (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Parker (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 4. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Синистер (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 3. Bölüm (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 2. Bölüm (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Dünyanın ilk "bioloji insan"ı yaradılıb (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Smartfon bazarının liderləri müəyyənləşdi (1)
  • by ilyafridinskii
    Sayta olan Xəbər və sərhə gore mid.ucoz.net Administrasiyasi mesulyat dash© 2024 -2013mid.ucoz.net