Rusiyanın hərbi peyki Çin ərazisinə düşüb. AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir ki, Rusiyanın hərbi geodeziya peyki "Geo İK-2” Çinin Sinxay əyalətinə düşüb. Bu barədə məlumatı Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bildirib. Rusiyanın Müdafiə Nazirliyi informasiyanı təsdiqləməyib.
Təşkilat bildirib ki, kosmik aparat iyulun 15-də orbitdən çıxaraq Çin ərazisinə düşüb.
RİA Novosti kosmik-raket sahəsindəki mənbəyə istinadən bildirib ki, peykin uçuş trayektoriyası dəqiq izlənilirdi və onun düşəcəyi yer təxmini məlum idi.
Rusiyanın "Geo-İK” peyk sistemi geodeziya ölçülərinin aparılması üçün nəzərdə tutulmuş iki kosmik aparatdan ibarət olmalı idi. Qeyd edək ki, 2011-ci ilin fevralında birinci peykin işə salınması uğursuzluqla nəticələnib.