The Verge internet nəşrinin informasiyasına əsasən, Sony şirkəti mobil qurğular üçün yeni kamera istehsalını planlaşdırır. Yeni versiyanın ölçüsü 1 kvadrat düym təşkil edir, lakin onun daxilində 20,2 meqapiksellik Exmor R datçiki və Carl Zeiss f/1.8 linzaları yerləşdirilib. Sözügedən nəşr bildirib ki, kamera daxili akkumulyator, NFC və Wi-Fi ilə təchiz ediləcək.
www.BiG.az itcnews.com-a istinadən bildirir ki, bu mobil kamera smartfonun korpusuna quraşdırılmaq üçün nəzərdə tutulub və real vaxt rejimində fotoşəkli smartfonun ekranına ötürə bilər.