Cənubi Koreyada 2014-cü ildən etibarən lampa istehsalı və idxalı dayandırılacaq. Bu barədə ictimaiyyətə ölkənin Prezident Sarayından məlumat verilib. Məlumata görə, ətraf mühitin mühafizəsi naminə lapmalardan istifadə qadağan ediləcək. Əvəzində isə ölkədə əhali LED işıqlarından faydalanacaq.
Qeyd edək ki, Cənubi Koreyada lampa təxminən 130 il əvvəl kəşf olunub. 1879-cu ildə Edison tərəfindən kəşf edilən lapmadan ilk dəfə Cənubi Koreyada 1887-ci ildə kral sarayında istifadə edilib.