Yer kürəsi çox sakit tərzdə və doğruca Günəşə tərəf gedir.
Alimlər dünyanın sonunun necə və nə vaxt çatacağını bildiriblər. Günəş tədricən planetimizi özünə cəlb edir. Və bir gün işıq mənbəyi planetimizi udacaq.
Robertsonun Pointinq effekti adlanan hala əsasən, təkcə bizim planet deyil, bütün səma cismləri günəşə tərəf gedir. Obyekt nə qədər kiçikdirsə, bir o qədər tez Günəşin üzərinə düşəcək. Beləliklə, tez və ya gec Günəş öz sistemindəki bütün cismləri udacaq. Bu barədə Astro News.ru saytı məlumat yayıb.
Günəşin 4,59 il əvvəl formalaşdığı düşünülür. Alimlərin fikrincə, Günəş kimi ulduzlar maksimum 10 milyard il yaşayır. Günəş hazırda öz ömrünün yarısını keçirib. 4-5 milyard il sonra Günəş qırmızı rəngli nəhəngə çevriləcək.