Danimarkalı astroloq alimlər 2013-cü ildə ailə qurmaq üçün ən yaxşı günü müəyyən ediblər. BiG.az xəbər verir ki, danimarkalı alimlərin fikrincə bu il evlənmək üçün ən yaxşı vaxt sentyabrın 7-də saat 10:35-dir.
Məhz həmin vaxt Mars planeti ilə Venera planeti səmada müəyyən mövqedə yerləşəcəklər və bu mövqe ailə qurmaq istəyənlərin həyatına əlverişli təsir göstərəcək. Mars və Venera planetləri qadın və kişi enerjisinin təcəssümüdür. Bu da sevgililərə uzun və xoşbəxt həyat vəd edir.