2013-cü ilin sonunadək "Android” smartfon sahiblərinin sayı 1 milyardı ötəcək.
Bu barədə Nyu-Yorkda keçirilmiş konfransda "Google” şirkətinin direktoru Erik Şmidt deyib.
Onun fikrincə, "Android” platforması ilə işləyən qurğuların sayı isə 2 milyardı ötəcək.
Hazırda dünyada 750 milyon "Android” smartfon var. Gündəlik "Google”-un serverlərində "Android” mobil əməliyyat sistemi ilə işləyən 1.5 milyon qurğu aktivləşir.