Amerikanın İT nəhəngləri Apple və Google şirkətləri YouGuv şirkəti tərəfindən ölkə sakinləri arasında keçirilmiş sorğu metodu əsasında tərtib edilən Buzz Rankings 2013 reytinqində yer almayıb.
Amerikalılara görə, hazırda Amazon Amerikanın ən yaxşı İT brendidir. Dünyanın ən böyük internet mağazalarından biri reytinqdə ikinci yerdə qərarlaşıb.
Avtomobil nəhəngi Ford sözügedən reytinqdə birinci olub. YouTube brendi isə səkkizinci yerdə qərarlaşıb.