Ötən axşam ABŞ-ın və Kanadanın bir sıra ştatlarının sakinləri yerə yanan səma cisminin düşdüyünün şahidi olublar. Həmin cismi binalardan birinin üzərindəki kamera da qeydə alıb.
Şahidlərin sözlərinə görə, alovlu kürə axşam saat 20:00 radələrində görünüb.
Səma cismi qərbdən şərqə doğru uçub, Pensilvaniya və Nyu-Cersi ştatlarından keçərək Atlantikaya doğru gedib.
ABŞ-ın yerli hökumətləri bildirlər ki, hadisə ilə bağlı təcili tibbi yardıma müraciət edən olmayıb.