Yaxın gələcəkdə Bakının bir vaxtlar Qara Şəhər adlanan hissəsində inşa olunacaq Bakı Ağ Şəhər (Baku White City) özündə çoxlu qeyri-adi layihələri birləşdirəcək. Belə layihələrdən biri də Ağ Şəhərdəki möhtəşəm ofis binasıdır.
Publika.Az-ın məlumatına görə, bu binada bir sıra xarici bankların Bakı nümayəndəlikləri yerləşəcək. Binanın şüşədən olması isə buradakı şəffaflığı əks etdirəcək.
Hazırda Ağ Şəhərdə intensiv iş gedir. Bir neçə yaşayış binası və nəhəng ofis binasının tikintisində artıq önəmli məsafə qət edilib. Eyni zamanda, burada həm də çirkli torpaqların təmizlənməsi, kommunikasiya işləri də həyata keçirilir.