ABŞ-da Google korporasiyasının ən son yeniliklərindən biri olan Google Glass eynəyi ilə dünyanın ilk pornoqrafik filmi çəkilib. Bu olay Google-u çox sinirləndirib.mid.ucoz.net-ın məlumatına görə, MiKandi şirkəti bu pornofilmlə bağlı videonu yayıb.
MiKandinin rəhbəri Cessi Adams deyib: "Google Glass eynəyi təqdim olunandan bəri gərgin mübahisə mövzusudur. Bu eynəyi taxan insan gördüyü hər şeyin video və ya fotosunu çəkərək bir neçə saniyə ərzində internetdə yaya bilir. Yəni insanların şəxsi həyatına müdaxilə var. Google Glass ilə pornofilmin çəkilməsi isə səbr kasasını daşdıra biləcək son damla ola bilər". Google Glass eynəyinin 1500 dollardan satışa çıxarılması gözlənilir.