ABŞ gələn il kibertəhlükəsizlik sahəsinə 4.7 milyard dollar xərcləməyi planlaşdırır. ABŞ Konqresinin müzakirəsinə göndərilmiş federal büdcə layihəsində bu barədə qeyd olunub.
İnternet məkandan qaynaqlanan təhdidlərə qarşı xərclərin həcmini cari səviyyə ilə müqayisədə 800 milyon artırmaq təklif edilir.
Kəşfiyyat rəsmilərinin sözlərinə görə, xərclərin artırılması tamamilə başadüşüləndir, çünki kibercasusluq və hakerlərin hücumu hazırda ABŞ-ın milli təhlükəsizliyinə terrorizmlə müqayisədə böyük təhlükə doğurur.
Bu yaxınlarda dövlət qurumlarının və Amerikanın böyük şirkətlərinin serverlərinə qarşı həyata keçirilmiş hücumlar Vaşinqtonu ciddi narahat edib.