Marsda araşdırmalarını davam etdirən gəzən robot "Curiosity" planetin üzərində ilk qaya dəlmə əməliyyatınıə ötən gün uğurla tamamlayıb. "Curiosity" proses zamanı əldə edilən bir ovuc tozu içərisindəki labaratoriya olan qurğulara ötürməyə hazırlaşır. Robotun araşdırma üçün nəzərəd tutulan bu tozu labaratoriya aparatlarına ötürməsi 5-6 gün vaxt alacaq.
Marsın səhtində 7 dəqiqə ərzində əldə edilən dəlik və robotun səylərinin əks etdirən görüntülər mətbuata paylanılıb. NASA mütəxəssisləri aparatın gördüyü işin qüsursuz olduğunu deyiblər.
Marsdakı şəraiti, mikrobların yaşaması üçün əlverişli olub-olmamasını müəyyən etmək üçün göndərilən və maşın ölcüsündə olan gəzən robotun bu uğuru hətta araşdırmaların dönüş nöqtəsi adlandırılır.
Qeyd edək ki, Marsa getmək məqsədilə hazırlanan bu vaxta qədər ki, ən inkişaf etmiş robot olan "Curiosity" 12-dən çox kamera, meeorologiya stansiyası, deşmə, ətrafı qoxulamaq bacarıqları ilə Marsda həyat izi axtarmağa çalışır. O, 2011-ci ilin avqust ayında Marsın səhtinə endirilib.