"YouTube" videoportalında Böyük Britaniyanın Mançester şəhəri səmasında Uçan Naməlum Obyekt (UNO) yer almış videoçarx yerləşdirilib. Görüntüdə təqribən 45 metr eni olan qara uçbucaq formasında UNO görünür. Videogörüntüdə UNO bir dəqiqə müddətində səmada müşahidə edilir.
"UNO! şəhərin üzərində hərəkət edir! Hakim dairələr bunun nə olduğuna dair hər hansı bir açıqlama verməlidirlər!", - deyə çarxın müəllifi deyir.