Madrid "Real”ının baş məşqçisi Joze Mourinyonun Superliqanın "Kayserispor” – "Qalatasaray” matçını izləmək üçün sabah Türkiyəyə gələcəyi gözlənilir.
Portuqaliyalı mütəxəssisin əvvəlcə "Kayserispor”un baş meneceri Süleyman Xurma ilə sonra isə "Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə görüşəcəyi söylənilir.
Xatırladaq ki, ÇL-ın 1/4 final mərhələsində "Real” "Qalatasaray”la qarşılaşacaq.