Braziliyalı futbolçu "San Paulo" ilə oyunda iki məhsuldar ötürmə verib.
Braziliya çempionatı çərçivəsində "Atletiko Mineyro” "San Paulo” kollektivini qəbul edib (2:1). ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ev sahiblərinin hücuma meyilli yarımmüdafiəçisi Ronaldinyo bu oyunda iki qol ötürməsi ilə yadda qalıb.
Braziliya yığmasının futbolçusu rəqib komandanın tanınmış qapıçısı Rojerio Seniyə yaxınlaşaraq onun şüşə butuıkasından su içib. Hiylə işlədən futbolçu sonra ondan uzaqlaşaraq dərhal topa qəbul edərək qol ötürməsi verib.