Klub rəhbərliyi 3 futbolçu ilə də yollarını ayırmaq fikrindədir.
İngiltərə Premyer Liqasında 20-ci çempionluğunu bayram edən "Mançester Yunayted” klubu gələn mövsüm 3 ulduz futbolçunu heyətinə qatmaq fikrindədir.
Bununla yanaşı klub rəhbərliyi 3 futbolçu ilə də yollarını ayırmaq fikrindədir. Bunlar Nani, Anderson və Rooneydir.
Klubun heyətinə qatmaq istədiyi futbolçular "Real Madrid”in ulduzu Kriştiano Ronaldo, "Atletiko Madrid”in qolçusu Radamel Falkao və "Borussiya Dortmund”un futbolçusu Levandovskidir.
Bu futbolçuların transferi üçün 140 milyon avroluq bir büdcə ayırmağı planlaşdıran "Mançester Yunayted” əgər transferləri həyata keçirə bilərsə, son illərin ən böyük transferini etmiş olacaq.