Franko Nildo ilə iki illik müqavilə imzalanıb."Xəzər Lənkəran” klubu cari mövsümün sonunda yeni futbolçu ilə anlaşma əldə edib. Növbəti mövsümün planlarını indidən quran klub ilk olaraq Franko Nildonu rənglərinə bağlayıb.
Bundan öncə AZAL klubunda çıxış edən braziliyalı forvard 2012-2013 mövsümündə rəqib qapılarından 21 top keçirib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb.