"Samsung" 2013-cü ilin birinci maliyyə rübündə rekord mənfəət əldə edib.
Üç ay ərzində şirkət 6.4 milyard dollar gəlir əldə edib.
"Samsung"-un keçən ilki göstəriciləri ilə müqayisədə bu rəqəm 55% daha çoxdur. Şirkətin gəlirlərinin belə yüksək olmasının əsas səbəbi "Galaxy" modelli smartfonlardır. Sabah dünyanın 100-dən çox ölkəsində satışa çıxarılacaq "Galaxy S4"-ün "Samsung"-un gəlirlərini daha da artırması gözlənilir.