Anonimus haker qrupu Koreya Xalq Demokratik Respublikasının (KXDR) Teleradio komitəsinin struktur bölməsi olan və xarici ölkələrə yayımlanan Koreyanın səsi radiostansiyasının saytına müdaxilə edib.Bu barədə Cənubi Koreyanın "Renxap” agentliyi məlumat verib.
Radiostansiyanın saytına hücum barədə informasiya bazar günü Anonimus qrupunun "Twitter” mikrobloqunda yerləşdirilib. Hakerlər sübut qismində radiostansiyanın əsas saytının mərkəzində "sındırılıb” yazılmış fotosunu yerləşdiriblər.
Anonimus, həmçinin Şimali Koreya təbliğat saytına hücum barədə məlumat yayıb. Xatırladaq ki, Anonimus haker qrupu 2010-cu ilin sonunda populyarlaşıb.
O zaman onun iştirakçıları Vikiliks resursunun fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar seriyası həyata keçirmişdilər.