2013-cü ildə qlobal bazara çıxarılmış noutbukların 15%-i 1920 x 1080 piksel (Full HD) təsvir ölçülü ekranlarla təchiz ediləcək.Tayvanın TrendForce analitik şirkətinin tərkibinə daxil olan WitsView firmasının analitikləri belə proqnozla çıxış ediblər.
Yığcam kompüter istehsalçıları yüksək təsvir ölçülü ekranlarla təchiz edilmiş aparatları inkişaf etdirməyə başlayacaqlar.
Full HD ekranlarla təchiz edilmiş qurğulardan başqa, sensor ekranlı noutbuklara da yüksək tələbat olacaq. 2013-cü ilin yekununa görə, noutbukların ümumi tədarük həcminin 5-10% azalacağı gözlənilir.