Google şirkəti Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən sensor ekranlı Pixel Chromebook noutbukunu təqdim edib.
ABŞ-da 1300 dollara Wi-Fi versiyalı Pixel Chromebookun satışına başlanılıb. LTE şəbəkələri (eləcə də WiFi-ı) dəstəkləyən versiya apreldə satışa çıxarılacaq və ABŞ-da 1450 dollara satılacaq.
Yeni qurğu Microsoft və Apple şirkətlərinin bazardakı həlləri ilə rəqabət aparacaq. Chromebook Pixel dizaynına görə Apple noutbuklarını xatırladır. Aparat anod alümin korpusa malikdir. Bundan başqa, displeyi xüsusi qeyd etmək lazımdır. Modelin ekranı sensor funksiyaları imkanları ilə 12,85 düym və 4,3 milyon piksellidir ki, bu da adi HD ekrandakından iki dəfə çoxdur.
Qurğu Intel (Core i5) istehsalı olan prosessorun əsasında işləyir. Google bütün alıcılara 3 illik müddətə pulsuz olaraq Google Drive bulud servisində 1 TB yaddaş tutumunu hədiyyə edir. Şirkət nümayəndələri yeni məhsulu strateji baxımdan mühüm məhsul adlandırmaqla gələcəkdə onu inkişaf etdirəcəklərini bildirirlər.