Google şirkəti ən böyük oyun konsolları istehsalçıları Microsoft və Sony Corporation şirkətlərinə rəqib olacaq.İnternet nəhəngi sözügedən qurğunun istifadəçilərinin auditoriyasının bir hissəsini özünə cəlb etmək niyyətindədir. Bu barədə dünən The Wall Street Journal qəzetinin xəbər xidməti məlumat yayıb.
Sözügedən nəşrin mənbələrinin məlumatına əsasən, Google şirkəti artıq Android platforması ilə işləyəcək qurğu üzərində çalışır.