Google reklam elanlarını bloklayan tətbiqləri Google Play mağazasından silib.
Google şirkəti Android mobil əməliyyat sistemi üçün mobil tətbiqlər mağazası Google Playdən reklamı bloklayan əlavələri silib.
Məsələn, mağazadan Adblock Plus, AdAway və AdFree Android utilitləri silinib. Adıçəkilən bu tətbiqlər pulsuzdur və brauzer, oyun və başqa proqramlarda reklam elanlarının bloklanması üçün nəzərdə tutulub.
Google şirkəti reklamı bloklayan tətbiqlərin 4.4 bəndini pozmasını atdığı addıma səbəb kimi göstərib.
Android platforması üçün bir çox pulsuz tətbiqlərdə reklam elanları göstərilir. Reklamdan əldə edilən pulun müəyyən hissəsi isə tətbiqin tərtibatçısına verilir.