Dünyanın ən populyar internet-axtarış sistemi olan Google istifadəçiyə ölümündən sonra fayllarının varislik "problem"ini həll etməyə imkan verən servisi istifadəyə verib.
Google korporasiyası Inactive Account Manager adlı virtual vəsiyyət servisini istifadəyə verib.
Bu funksiya Google-un hər bir istifadəçisinə vəfat edəndən sonra akkauntunun taleyini həll etməyə imkan verir.
"Həyat gözlənilməz hadisələrlə doludur və biz sizə heç olmasa qismən bu hadisələrə hazırlaşmağa yardım edəcəyik. Əgər akkauntunuzdan istifadə etməyi dayandırsanız, oradakı məktublar, fotolar, sənədlər və s. ilə nə edəcəyimizi indidən bildirin.
Variantlar çoxdur. Məlumatlarınzı tam silməklə yanaşı, onları tanışlarınızdan və ya həmkarlarınızdan birinə verə bilərik. Sizin etməli olduğunuz iş etibar etdiyiniz şəxslərin adlarını göstərmə və akkauntun itifadəsiz qala biləcəyi maksimal müddəti göstərməkdir", - servisin baş səhifəsində yazılıb.