ABŞ-da iri energetika şirkətlərinin kompüter şəbəkələrinə qarşı həyata keçirilmiş haker hücumlarının sayı artıb.Kibertəhlükələrin mənbəyi, güman ki, Yaxın Şərqdə yerləşir, hərçənd dəqiq təyin etmək mümkün olmayıb, "Nyu-York tayms” qəzeti yazıb.
ABŞ Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bildiriblər ki, indiki halda söhbət casusluqdan deyil, istehsal proseslərinin işini pozmağa hesablanmış fəaliyyət və şirkətin idarə sistemi üzərində nəzarətin qurulmasından gedir.
Hakerlərin bu fəaliyyətinin dövlət səviyyəsində və ya ayrı-ayrı kriminal qrupların işi olduğu hələlik məlum deyil.