Intel korporasiyasının mətbuat xidmətinin yaydığı məlumata əsasən, şirkətin texniki direktoru və Intel Labsın direktoru Castin Rattner şirkəti tərk edir.şirkətin bəyanatına əsasən, Rattner şəxsi səbəblər üzündən belə addım atıb.
Xatırladaq ki, Rattner Intel korporasiyasında 1973-cü ildən işləyir və 1979-cu ildə baş mühəndis olub. Intel Labsın heyəti müvəqqəti olaraq şirkətin prezidenti Rene Ceymsə tabe olacaq, bundan sonra Intel şirkətində yeni kadr təyinatları həyata keçiriləcək.