Главная | Регистрация | Вход
Приветствую Вас Qonaq | RSS

Bölmələr
Film Bölmələri
Diziler
videolar
Yerli diziler
TV Programlar
Русские сериалы
Musiqi
Oyna
ən son əlavelər
  • Главная » Файлы » Texnoloqiya

    Kompyuterlər belə yarandı
    13.07.2013, 16:46
    İnformatikanın əsas tərkib hissəsi olan kompyuter texnikası bilgisayarların (kompyuterlərin) yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də bilgisayar (kompyuter) texnikasının inkişaf tarixinə uyğundur.
    İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal bilgisayarların (kompyuterlərin) yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.
    Müasir kompyuterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan etibarən kompyuter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
    I nəsil (1950-1959) – elektron lampalı bilgisayarlar (kompyuterlər). Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
    II nəsil (1960-1969) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
    III nəsil (1970-1985) – element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan bilgisayarlar (kompyuterlər). Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM və başqa elektron hesablama maşınları yaradılmışdır. Bu nəsil kompyuterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompyuterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompyuterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompyuterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
    IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, ÇBİS) texnologiyası ilə yaradılan mikro və mini kompyuterlər. Bu nəslin ayrıca sinfi fərdi kompyuterlərdir (FK). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM PC, IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.
    V və sonraki nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompyuterləri. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompyuterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompyuterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
    Təsnifatı[redaktə]

    İntel 80486DX2 mikroprosessorunun inteqral sxemi (real ölçüsü: 12×6.75 mm)
    Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:
    Superkompyuterlər
    Meynfreymlər
    Mini – EHM-lər
    Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və digər elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.
    Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompyuter parkının böyük hissəsini meynfreym kompyuterləri təşkil edirdi. Fərdi kompyuterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterləri əsasən İBM firmasında istehsal olunur. Bu cür kompyuterlərin qiyməti 1 milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16-32 mikroprosessorlu server kompyuterlər meynfreym kompyuterlərin sələfləri sayılır.
    Mini – EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompyuterlərə nəzərən kiçik olan kompyuterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı. Hal-hazıda mini-EHM dedikdə fərdi kompyuterlər nəzərdə tutulur. Fərdi kompyuterlərin kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.
    Категория: Texnoloqiya | Добавил: elnurprodaksin
    Просмотров: 741 | Загрузок: 0 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]

    Unutma
    Online
    Maraqlı
    Sayğac
    статистика Счетчик тИЦ и PR Рейтинг@Mail.ru
    Online sayta

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Dili Deyishtir
    Paylaş
    Ən cox baxilanlar
  • Tövsiye Edirik
    [09.02.2013][Online Photoshop]
    Online Photoshop (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Eyni vaxtda 7 naməlum obyekt (Video) (2)
  • by ilyafridinskii
    [17.03.2013][Online Chat]
    Online Chat (1)
  • by ilyafridinskii
    [09.02.2013][Idman]
    Belə qol görmüsünüz? (Video) (1)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 9. BölümŞefkat Tepe - 9. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Билет на Vegas (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 8. Bölüm (1)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Доспехи Бога 3: Миссия Зодиак (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Parker (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 4. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Синистер (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 3. Bölüm (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 2. Bölüm (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Dünyanın ilk "bioloji insan"ı yaradılıb (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Smartfon bazarının liderləri müəyyənləşdi (1)
  • by ilyafridinskii
    Sayta olan Xəbər və sərhə gore mid.ucoz.net Administrasiyasi mesulyat dash© 2024 -2013mid.ucoz.net