2013-cü ilin birinci rübündə noutbuk tədarüklərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azalıb.Digitimes Research tədqiqat şirkətinin analitiklərinin məlumatına görə, yığcam kompüter bazarı tarixində belə mənfi dinamika heç vaxt qeydə alınmayıb.
Ekspertlərin sözlərinə görə, noutbuk istehsalının həcminin azalmasının əsas səbəbi planşetlərdir.
Cari ilin birinci rübündə Lenova ən böyük istehsalçı adına layiq görülüb. Bununla belə, sözügedən şirkətin noutbuklarının tədarük həcmi azalıb.