Windows 8" əməliyyat sisteminin 100 milyon lisenziyası satıldı
09.05.2013, 16:41
Microsoft" korporasiyasının oktyabrın 26-da təqdim etdiyi "Windows 8" əməliyyat sisteminin 100 milyondan çox lisenziyası satılıb.
"Windows 8" "Microsoft"-un toxunuşlu ekran üçün buraxdığı ilk əməliyyat sistemidir.
"Microsoft" ilin sonunda "Windows 8" əməliyyat sisteminə yeniliklər edəcək. Əməliyyat sisteminə ediləcək dəyişikliklər barədə növbəti həftələrdə məlumat veriləcək.