Главная | Регистрация | Вход
Приветствую Вас Qonaq | RSS

Bölmələr
Film Bölmələri
Diziler
videolar
Yerli diziler
TV Programlar
Русские сериалы
Musiqi
Oyna
ən son əlavelər
  • Главная » Файлы » Xəbərlər

    1891-ci ildə Şuşa yaxınlığına meteorit düşüb
    18.02.2013, 08:15
    Adamın qulağı gündə bir xəbər eşitməsə kar olar. Heç demə, göydən yerə tökülən daşları da sayanlar varmış.

    Bu günlər Britaniya qəzetlərinin internet saytlarına baxarkən, qarşıma çox sayda meteorit xəbərləri çıxırdı. Məqalələrdə D14 adlı asteroidin yerin lap qulağının dibindən keçməsindən, Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında baş vermiş meteorit partlayışından söhbət gedir.

    Məhz belə məqalələrdən birində dünyanın böyük interaktiv xəritəsi verilib. "The Guardian” qəzetinin dərc etdiyi xəritədə dünyanın meteorit düşən bütün nöqtələri göstərilib. Xəritədə nə vaxtsa kosmik daşlar düşmüş yerlər dairəciklərlə işarə olunub. Dairəciklərin rəngi meteoritlərın ölçülərini və əldə olunan süxurların çəkisini göstərir. Maraq məni bürüdü. ABŞ-da mənzillənmiş Beynəlxalq Meteorit və Planetar Cəmiyyətinin tərtib etdiyi xəritəni böyüdərək Qafqazın üzərinə yönəldim. Diqqətimi dərhal cəlb edən bu oldu ki, Cənubi Qafqaza çox da kosmik daş tökülməyib. Azərbaycan və Ermənistanda ümumilikdə indiyədək üç meteoritin düşdüyü müşahidə edilib.

    "HİNDARX” METEORİTİ

    Rəngindən görünür ki, onlardan ən ağırı (27 kiloqram) "İndarch” adlanır və 1891-ci ildə Şuşa yaxınlığına düşüb. Bəli, 1891-ci ildə! İndiyədək dərk edə bilmirəm ki, bu məlumat necə, nə vaxt və kim tərəfindən toplanıb. Amma "İndarch” tipində olan meteoritlərin bir neçə qırıntısının şəkli də cəmiyyətin saytında verilib. EH4 qrupuna aid edilən belə meteoritlər dəmir birləşmələri ilə zəngin olur. Meteoritləri adlandırmaq üçün beynəlxalq aləmdə qəbul edilmiş qaydalar var. Onlara düşdükləri yerin adını verirlər. "İndarch” adı, gümanı Ağcabədinin Hindarx qəsəbəsinə aparır.Lakin xəritəyə inansaq, adıçəkilən meteorit Ağcabədi yox, Şuşa rayonunun ərazisində yerə enib.

    Amma məsələdə ondadır ki, 1891-ci ildə Hindarx da, Şuşa da, Qarabağ da RusiyanınYelizavetpol (Gəncə) quberniyasının ərazisinə düşürdü və həmin ərazidə meteoritə ad verilməsi üçün, ehtimal ki, Hindarxı o vaxt ən münasib yer sayılıb.

    ZAMANIN DAYANDIĞI ZAMANPƏYƏSİ KƏNDİ

    Amma xəritəyə daha diqqətli baxış göstərir ki, meteorit Şuşadan da bir qədər kənarda, müasir Şuşa rayonun "Zamanpəyəsi” deyilən kəndinin lap yaxınlığında enib. Xəritədən bu da görünür ki, ermənilər demək olar, bütün irili-xırdalı Azərbaycan məntəqələrinin adlarını erməniləşdiriblər. Şuşa Şuşi, Daşaltı Karin olub. Çox ağıl işlətməyiblər. "Kar” ermənicə daş deməkdir.

    Əslində yaxşıdır ki, xəritədə hər iki variant verilir. Lakin bu zavallı Zamanpəyəsi kəndinin adını heç kim dəyişməyib. Səbəbini onda görürəm ki, Zamanpəyəsi ucqarda, dağların qoynuunda elə bir yerdədir ki, (xəritədə yol-iz görünmür) heç işğalçıya da lazım olmayıb və kənd adını qoruyub-saxlayıb. Xəritəyə baxdıqca mənə belə gəlir ki, şaxtalı, qaranlıq dağlar qoynundakı bu kənd bu saat dünyanın ən tənha,ən unudulmuş kəndlərindəndir.

    İnternetə "Zamanpəyəsi” adı ilə axtarış versəniz, kəndin mövcudluğunu göstərən beş-on sayt açılacaq. Rus dilində axtarış apardıqda isə bir material çıxır. Bu, Trend agentliyinin 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə dərc etdiyi məqalədir. Məqalədə deyilir ki, əldə olan məlumatlara görə, Şuşanın Zamanpəyəsi kəndi ərazisində ermənilər xaş-xaş yetişdirirlər.
    Hamı, hətta bu kənddən çıxanlar da deyəsən onu unudublar. Əvəzində, Ermənistan saytlarına baxanda görürük ki, onlar ən kiçik, ən ucqar kəndləri belə unutmurlar. Adamları, təbiəti, (yalan-doğru) tarixçəsi barədə məlumat verirlər.

    Meteoritə adı verilmiş Hindarx qəsəbəsi barədə də Azərbaycan saytlarının heç birindən müfəssəl məlumat ala bilməyəcəksiniz. Axtarışı rusca verəndə, bəlli olur ki, Omskda bu adda bir azərbaycanlıya məxsus ərzaq mağazası var. Yazılan şərhlərdən görünür ki, ruslar "Hindarx” mağazasından razılıq edirlər. Mən belə başa düşürəm ki, bu mağaza təkcə Omskda yox, bütün Rusiya boyunca məşhurdur. Başqa bir rus saytında isə Hindarxın vaxtilə Rusiyanın Marneulidə mənzillənmiş 166-cı aviasiya alayının "ehtiyat aeroportu” olduğunu öyrənirik. Amma Hindarxın bu gün yaşayan bir məntəqə olmasını göstərən məlumat demək olar ki, yoxdur. Halbuki orada 8 min əhali var.

    Qaldı, Zamanpəyəsinə, dediyim kimi, bu kənd haqqında məlumat demək olar ki, yoxdur. Adını bəlkə də nə vaxtsa, burada evi, pəyəsi olmuş Zaman kişidən alan bu kənddə indi zaman dayanıb. Əvəzində, dünyanın meteoroloji stansiyaları planetin istənilən nöqtəsində havanın necə olduğunu xəbər verirlər. AccuWeather.com saytı göstərir ki, bu gecə Zamanpəyəsi kəndində 2 dərəcə şaxta var.

    1891. ŞUŞA

    Qədim tarixçilər, münəccimlər müxtəlif hadisələri həm də ulduz toqquşmaları (söhbət elə komet və meteoritlərdən gedirdi) ilə bağlamağa cəhd göstəriblər. Belə şeylərə inanmasam da, balaca bir axtarış apardım. Şuşa yaxınlığına meteorit düşən həmin o 1891-ci ildə nələr baş verib?

    Yazıçı, jurnalist, siyasi xadim, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada anadan olub. Şuşalı Əbdürrəhim bəy Haqverdiyev Tiflisdə orta təhsilini başa vurduqdan sonra universitetə qəbul olunmaq üçün Peterburqa gedib. 1891-ci ildə Şuşa varlılarından N.A.Xandəmirov şəhərdə yeni teatr binası tikdirib.

    Kədərli tarixlər də var.

    Məmur və quberniya rəsmisi Seyid Hüseynbəy Seyid Hüseynağa oğlu Ağamirov 1891-ci ildə vəfat edib. O Xurşidbanu Natəvanın əri idi. Şuşa şairlərindən İsmayıl bəy Daruqə də həmin ildə dünyasını dəyişib. O, "Daruqə” təxəllüsünü Şuşanın darğası olduğu üçün daşıyırmış. Şuşada doğulmuş çar ordusunun general-leytenantı Fərəc bəy Ağayev də həmin ildə vəfat edib.

    Meteoritlə əlaqəsi varmı? Olmaya da bilər. Amma kiçik bir şəhərin bir ili üçün kifayət qədər hadisəli tarixdir.
    Категория: Xəbərlər | Добавил: elnurprodaksin
    Просмотров: 496 | Загрузок: 0 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]

    Unutma
    Online
    Maraqlı
    Sayğac
    статистика Счетчик тИЦ и PR Рейтинг@Mail.ru
    Online sayta

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Dili Deyishtir
    Paylaş
    Ən cox baxilanlar
  • Tövsiye Edirik
    [09.02.2013][Online Photoshop]
    Online Photoshop (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Eyni vaxtda 7 naməlum obyekt (Video) (2)
  • by ilyafridinskii
    [17.03.2013][Online Chat]
    Online Chat (1)
  • by ilyafridinskii
    [09.02.2013][Idman]
    Belə qol görmüsünüz? (Video) (1)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 9. BölümŞefkat Tepe - 9. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Билет на Vegas (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 8. Bölüm (1)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Доспехи Бога 3: Миссия Зодиак (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Parker (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 4. Bölüm (0)
  • by ilyafridinskii
    [15.03.2013][Russ Dilinde Filmler]
    Синистер (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 3. Bölüm (0)
  • by ilyafridinskii
    [17.03.2013][Şefkat Tepe]
    Şefkat Tepe - 2. Bölüm (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Dünyanın ilk "bioloji insan"ı yaradılıb (0)
  • by ilyafridinskii
    [09.02.2013][Xəbərlər]
    Smartfon bazarının liderləri müəyyənləşdi (1)
  • by ilyafridinskii
    Sayta olan Xəbər və sərhə gore mid.ucoz.net Administrasiyasi mesulyat dash© 2024 -2013mid.ucoz.net