Meksikada yenidən quş qripi yayılıb. Hökumət Quanaxuata ştatında quş qripinin yeni bir növünün yayıldığını açıqlayıb. Bu dəfə H5N1 virusu deyil, 4 il əvvəl Asiyada yüzlərlə insanın ölümünə səbəb olan N7N3 virusu baş qaldırıb.
Ştatda yarım milyona yaxın quşun məhv edilməsinə hazırlaşırlar.
Qeyd edək ki, ötən il də Meksikanın Xalisko ştatında yayılan quş qripi ilə əlaqədar 22 milyondan çox toyuq məhv edilmişdi.