Qəpiyin hazırlanması onun dəyərindən baha başa gəldiyi üçün bu ay Kanada zərbxanası qəpik kəsilməsini dayandırıb.
Bakuinfo.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bəzi mərkəzi banklar qəpiklərin həqiqətən "kiçik dəyişikliyə” malik olduğunu bildirib. Kiçik dəyərə malik qəpiklərin aradan götürülməsi üçün bir sıra addımlar atılıb. ABŞ 1857-ci ildə yarım sentdən, İngiltərə 1984-cü ildə yarım pennidən imtina edib. Yeni Zelandiya və Avstraliya 1990-cı illərdə bir və iki senti ləğv edib. Lakin dünyada kiçik dəyərə malik qəpiklər hələ də qalmaqdadır. Birmada pya 850 ABŞ sentinə malikdir. Özbəkistanda isə tiyin ən aşağı dəyərə - 2000 ABŞ sentinə malikdir.