"Google” şirkəti öz aeroportunu tikmək niyyətindədir.
Layihə 82 milyon həcmində qiymətləndirilir, hazırda instansiyalarda yoxlamadan keçir. Bu layihənin həyata keçirilməsi ilə "Blue City Holdings” və "Signature Aviation” şirkətləri məşğul olacaq.
"San Jose Mercury News” nəşrinin məlumatına görə, hazırda "Google” şirkətinin ən azı 8 təyyarəsi var. San-Xose bələdiyyə aeroportunun nümayəndələri hakimiyyətə "Google” aeroportunun tikintisinə icazə verməyi tövsiyə edir: onun yaradılması şəhərin iqtisadiyyatına müsbət təsir göstərəcək, yeni iş yerləri yaradacaq.