"2013 A1” adlı kometin 2014-cü ilin oktyabr ayında Marsın səthinə düşməsi ehtimalı var.
NASA (Beynəlxalq Kosmik Araşdırmalar Mərkəzi), Mars planetinin təhlükə altında olduğunu açıqlayıb. Buna səbəb isə, qırmızı planetə doğru irəliləyən kometin aşkarlanması olub.
Alimlərin sözlərinə görə, "2013 A1” adlı kometin 2014-cü ilin oktyabr ayında Marsın səthinə düşməsi ehtimalı var. Alimlərin sözlərinə görə, ən yaxşı halda kometin Marsdan 35 kilometr aralı keçəcəyi gözlənilir. Lakin vəziyyətlə bağlı hələlik dəqiq hesablamalar aparmaq mümkün olmadığı üçün, alimlər təhlükənin əhəmiyyətli olduğunu bildiriblər.
Qırmızı planetdə güclü çarpışma nəticəsində yaranmış təzyiqin, yer kürəsinə də təsir edəcəyi proqnozlaşdırılır.