Ulduz futbolçu xəstəxanaya yardım edib.. "Barselona”nın ulduz futbolçusu Lionel Messi vətəni Argentinadakı bir uşaq xəstəxanasına yardım edib.
26 yaşlı oyunçu doğulduğu Rosario şəhərinin xəstəxanasına 780 min dollar bağışlayıb. Həmin pullar xəstəxananın onkoloji klinikasında istifadə ediləcək.
Qeyd edək ki, Messi daha öncə 1,2 milyon əhalisi olan Rosario şəhərindəki bir idman mərkəzinin təmiri üçün 195 min dollar məbləğində yardım etmişdi.