Qəfil zəngdən Manaf Ağayev canlı efirdə şok keçirdi (Video)
16.02.2013, 17:22
Müğənni Manaf Ağayev canlı yayımda şok olub. Müğənni Xəzər Televiziyasının "Bizim gün” proqramında qonaq olarkən ustad sənətkar, xalq artisti Habil Əliyev canlı bağlantıya qoşularaq ürək sözlərini paylaşıb: "Mən hələ belə gözəl konsert dinləməmişdim”-deyə Manafın ifasından təsirlənən kaman ustasının sözləri "toylar kralı”nı şoka salıb.
Ustadın tərifindən dili söz tutmayan Manaf üçün bu sözlər çox gözlənilməz olub.